R.Qrojan İndyCar-da ilk poulunu qazanıb

​​Gecənin ən gözlənilməz xəbəri okeanın o tayından gəldi...

F-1.az bildirir ki, Roman Qrojan İndycar seriyasında keçirdiyi 3-cü sıralanma turunda poul qazanmağı bacarıb. Fransalı keçmiş f1 sürücüsü İndianapolisin əfsanəvi trasında (oval deyil, təxminən elə f1 konfiqurasiyasında) bütün təcrübəli rəqiblərinə master klass göstərib.

Roman əvvəlcə super poula keçməyi bacarıb və burada 6 sürücü arasında sonuncu 3-cü cəhdində 1-ci nəticə göstərib və ikinci olmuş Cozef Nyuqardeni 0.1269 saniyə üstələyib – İndycar baxımından böyük fərqdir ))

Arxada 4 yarış qalıb, Roman son iki yarış ovalda olduğu üçün onlara qatılmayıb. İlk iki yarışdan topladığı 37 xalla hələlik 22-ci yerdədir.

Görək bu poulunu sabah qələbəyə çevirə biləcəkmi?

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*