F.Alonso: Həmilton səhv etdi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Həmilton səhvini qəbul etdiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, yaxşı tərpənib və ikinci yerə yüksəlib. Lakin Həmilton beçinci döngədə Alonsoya təmas edib və britaniyalı pilotun bolidi uçaraq, ciddi zədə alıb. Yekunda yeddiqat Dünya çempionu mübarizəni dayandırıb. Alonso isə yarışı davam etidrərək, 5-ci olub.

Fernando Alonso: “Həmiltonun üstümə belə qapanması səhv idi. Keçmişdə beşinci döngəni həmişə paralel dönmək istədiyini çox görmüşük. 2014-cü ildə Rosberqlə də eynisini etmişdi. Məncə, yarış qəzası idi və bu döngədə çox insident yaşanıb. Məyusam. İkinci ya da üçüncü başlayanda başıma belə işlər gəlir. 12 və ya 13-cü yerdən başlayanda isə təmiz yarış keçirirəm. Məncə, Lyuis elə bildi ki, öndədir və səhv etdiyini düşünmürəm. O da səhvini qəbul etdi və buna görə razıyam”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*