22 Avqust 2019, Cümə axşamı - 17:29

ABŞ-2017: İkinci sərbəst yürüşlər

ABŞ-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

00:39 - 21 Oktyabr, 2017

Ostində ikinci sessiyanın əvvəlində hava isinib, günəş səhər yağan yağışdan heç bir iz qoymayıb. Sürücülər təkərlərin səmərəliliyini yoxlamaq üçün ənənəvi proqramları üzrə işləyiblər.

F-1.az bildirir ki, trasa ilk olaraq Malayziya və Yaponiya Qran Prilərini buraxan, ilk sessiyada isə Şon Gelael tərəfindən əvəzlənən Daniil Kvyat çıxıb. Rus sürücü özünün əvvəlki şassisindən yox, Renault-ya keçən Saynsın şassisindən istifadə edir. Haas sürücüləri ilk dəqiqələrdə yerlərində fırlanıblar, lakin ciddi bir şey baş verməyib. Fettel 19-cu döngədə trasdan çıxıb. Alman sürücü ön asılqanlardan narazı olduğunu bildirib və mexaniklər onların üzərində işləyiblər. Nəticədə Fettel demək olar ki, sessiyanın yarısını itirib.Maqnussenin maşınındakı problemi həll etmək xeyli vaxt alıb. Hülkenberqin maşınının güc qurğusundakı nasazlığı isə mexaniklər sessiyanın gedişində həll edə bilbilər.

Protokollara yenə Həmilton başçılıq edib. Britaniyalı sürücü 1:34.668-lük nəticə ilə trasın mütləq rekordunu yeniləyib. İlk üç yeri müxtəlif komandaların sürücüləri tutublar. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:34.66826
233Maks FerstappenRed Bull1:35.065+ 0:00.39730
35Sebastyan FettelFerrari1:35.192+ 0:00.52411
477Valtteri BottasMercedes AMG1:35.279+ 0:00.61139
53Daniel RikkardoRed Bull1:35.463+ 0:00.79524
67Kimi RəykkönenFerrari1:35.514+ 0:00.84629
714Fernando AlonsoMcLaren1:36.304+ 0:01.63628
819Felipe MassaWilliams1:36.460+ 0:01.79230
911Serxio PeresForce İndia1:36.481+ 0:01.81328
1031Esteban OkonForce İndia1:36.490+ 0:01.82234
1155Karlos SaynsRenault1:36.529+ 0:01.86130
1227Niko HülkenberqRenault1:36.534+ 0:01.86618
1326Daniil KvyatToro Rosso1:36.761+ 0:02.09340
1420Kevin MaqnussenHaas1:37.285+ 0:02.61717
152Stoffel VandornMcLaren1:37.463+ 0:02.79531
1618Ləns StrollWilliams1:37.788+ 0:03.12027
1739Brendon HartliToro Rosso1:37.987+ 0:03.31941
1894Paskal VerlyaynSauber1:38.165+ 0:03.49735
199Markus ErikssonSauber1:38.262+ 0:03.59422
208Roman QrojanHaas1:38.387+ 0:03.71926

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 100
Teqlər , , , , , ,
Paylaş

logo