Petronas-ı Aramco əvəz edəcək?

Britaniya mətbuatının yaydığı xəbərə görə Mercedes hazırkı yağ və yanacaq spinsoru Petronasla yollarını ayıracaq və Aramco ilə müqavilə bağlayacaq.

F-1.az xatırladır ki, Petronas 2010-cu ildən etibarən almaniyalı istehsalçını yağ və yanacaqla təmin edir. Mercedes-in son 7 mövsümdəki hegemonluğunda Malaziya şirkətinin böyük qatqısı var idi. Müqaviləyə görə bolidlərdə zümrüdü rəng çalarları var. Lakin belə görünür ki, maşınların rəng çaları dəyişəcək.

İddialara görə Petronası isə Səudiyyə Ərəbistanının neft şirkəti olan Aramco əvəz edəcək. Hələlik müqavilə barədə rəsmi xəbər yoxdur, amma tezliklə açıqlanması gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*