Mercedes diffuzorun konstruksiyasını dəyişdirməli olub

Rəqiblərin şikayətləri və FIA-nın müdaxiləsindən sonra Mercedes komandası difuzorun konstruksiyasında "kiçik dəyişikliklər" etməyə məcbur oldu.

Kanadada diffuzorun üst hissəsində onun eninin yarısından çoxunu əhatə edən dişli əlavələr peyda oldu. Onların məqsədi diffuzoru faktiki olaraq uzatmaq və onun effektivliyini artırmaq idi.

Biz yazmışdıq ki, Barselonada Ferrari bu həllə diqqət yetirmiş və onun qanuniliyini və öz maşınlarında təkrarlamağın mümkün olub-olmadığını öyrənmək üçün FIA-ya müraciət etmişdi. FIA isə imtina cavabı verərək belə həllərin istifadəsini qadağan edən xüsusi direktiva yayımladı.

Mercedes FIA-dan direktivanın qüvvəyə minməsini Silverstouna qədər təxirə salmağı xahiş etmişdi ki, bazada maşınların konstruktsiyasına dəyişikliklər edə bilsinlər, lakin direktiva artıq Avstriyada qüvvəyə mindi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*