P.Lou: “Yeni təkər reqlamenti mükəmməldir”

Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou yeni qaydalar haqqında danışıb...

F-1.az xəbər verir ki, Pəddi Lou bildirib ki, yeni qaydalar Avstraliya QP-yə müsbət yöndə təsir edib və idmana həyəcan gətirib. Lou əlavə edib ki, yeni qaydalar keçən ilin ortasından gündəmdə olub.

Pəddi Lou: “Trasa baxdığımız zaman görürük ki, bolidlərin birində Medium təkər, digərində SuperSoft təkərlər var. Məncə, bu hal çox yaxşıdır. Ötmələr artıb və təkər seçimlərinə görə sıralanma dövrələrində də həyəcan artıb.

Biz komanda olaraq, medium təkərlərə xüsusi diqqət ayırdıq və Barselonada əsasən bu təkərdən istifadə etdik. Təkərlər arasındakı sürət fərqi çox olsa da, medium təkərlərlə daha çox məsafə qət edə bilərsiniz.

Amma mən düşünürəm ki, həm sərbəst yürüşlərdə, həm də yarışda istifadə etmək üçün əlavə təkər dəstləri olmalıdır”.

Qeyd edək ki, Mercedes AMG komandası bu il Avstraliya QP-nin sıralanma turunda mövsümdə ilk dəfə SuperSoft təkərlərdən istifadə edib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*