21 Sentyabr 2019, Şənbə - 23:37

E.Bulye: “Mercedes mühərriyi ilə qələbə qazanardıq”

E.Bulye: “Mercedes mühərriyi ilə qələbə qazanardıq”

Müəllif: Rauf Hacıyev, redaktor

14:23 - 16 Mart, 2017

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, əgər Mercedes mühərriyi ilə mübarizə aparsaydılar, qələbə qazana bilərdilər.

F-1.az xatırladır ki, McLaren 2014-cü ilin sonunda Mercedes mühərriklərindən imtina edərək, Honda mühərriklərinə keçmişdi. Amma bu dəyişiklik britaniyalılara uğur gətirməmiş və komanda nəinki qələbə, podium belə qazana bilməmişdi.

Buna baxmayaraq, McLaren komandası yeni qaydaların tətbiq edildiyi 2017-ci il mövsümünə böyük ümidlərlə başlayıblar, düzdür, testlərdə etibarlılıq problemləri üzə çıxıb.

Komandanın sürücüləri Alonso və Vandorn McLaren şassisinin yaxşı olduğunu, amma Honda mühərriklərinin çox zəif olduğunu demişdilər.

Yaponlar hazırda problemləri həll etməyə çalışsalar da, ilk yarışlarda böyük ehtimalla tam güclə yarışa bilməyəcəklər. Əgər vəziyyət belə olsa, McLaren ilk yarışlarda xal qazanmaqda çətinlik çəkəcək.

Erik Bulye: “Mercedes mühərriyi ilə qələbə qazana bilərdik.

Alonsonu da başa düşürəm. Mübarizə aparmaq və istedadını bütün dünyaya göstərmək istəyir. Onu xoşbəxt etmək üçün güclü olmalıyıq. Yoxsa, qərarını verəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 070
Teqlər , , , ,
Paylaş

logo