19 Oktyabr 2019, Şənbə - 01:16

Honda yenilikləri gətirmək istəmir

Honda yenilikləri gətirmək istəmir

Müəllif: Rauf Hacıyev, redaktor

15:36 - 17 May, 2016

Honda şirkəti mühərrikdəki yenilikləri taktiki cəhətdən necə dəyərləndirməyi düşünür. Yaponlar Barselonadakı testlərdə bəzi yeniliklərini test edəcəklər.

F-1.az xatırladır ki, Honda hazırda V6 mühərriyinin üzərində heç bir yenilik planlaşdırmır. Ancaq performansı yaxşılaşdırmaq üçün bəzi sahələrdə yeniliklər planlaşdırılır.

Honda-nın istifadə edə biləcəyi 14 şərti balı var. Bu şərti balların bir hissəsi yeni yanacağın gətirələcəyi Kanadada istifadə edilməsi planlaşdırılır.

Honda Motorsport-un rəhbəri Yasuke Haseqava bu barədə danışıb: “Hələ qərar verməmişəm. Hər yarış inkişaf edirik və şərti ballara əhəmiyyət verməsəydim, yeniliklər hazır olardı.

Ancaq hansı yarışda yeniliklər edəcəyimizlə bağlı taktiki olaraq qərar verməliyik. Buna görə də sizə nəsə deyə bilmərəm. Hələki konkret bir planımız yoxdur.

Barselona testlərində böyük yeniliklərimiz olmayacaq, amma bəzi detallarda dəyişikliklər olacaq”.

Fernando Alonso və Censon Batton yeni mühərriklərə keçəcəyi zaman Honda-nın yenilikləri gələ bilər. Bu hal Kanadada baş verə bilər.

Yasuke Haseqava: “Yeni yanacağa görə şərti ballardan istifadə etmək lazım deyil. Yeni yanacaq gələndə mühərrikdəki xəritələnməni dəyişdirməli olacayıq. Buna görə də yeniliklərin gətirilməsinin vaxtına düzgün qərar verməliyik”.

Haseqava bildirib ki, İspaniyada Alonsonun mühərriyində rejim problemi olduğu üçün yeni mühərriyə vaxtından əvvəl keçə bilərlər: “Yeni mühərriyin nə vaxt gələcəyi barədə qərar verməmişik, amma əvvəlcə Monako yarışı üçün Fernandonun mühərriyinin vəziyyətinə baxmalıyıq.

Ancaq fikirləşirik ki, hər şey yaxşıdır. Gözləmədiyimiz anda rejim dəyişilməsi oldu və mühərriyi dayandırdı. Buna nəyin səbəb olduğunu bilmirik. Ancaq düşünürük ki, növbəti yarışda mühərriyi istifadə edə bilərik. Vəziyyətə nəzarət etməliyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 452
Teqlər , ,
Paylaş

logo