F.Alonso: Yarışdan həzz aldım

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Portuqaliya yarışından həzz alıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 13-cü yerdən başlasa da, mükəmməl performansla finişə 8-ci yerdə çatıb və idmana qayıtdıqdan sonra ən yaxşı nəticəsini əldə edib.

Fernando Alonso: “Yaxşı gün idi. Həzz aldım. İlk iki yarışda ağlımıza belə gətirmədiyimiz adamlarla mübarizə apardıq. İrəliyə doğru addım atdıq.

Sıralanma turunda nə baş verdiyini hələ də bilmirik. Asfaltla ilişmə yox idi və boliddə özümü narahat hiss edirdim. Buna görə də yarışa pis yerdən başladım. Ancaq gələn həftə sıralanma turunda daha güclü olacağıq.

İlk iki yarışda müxtəlif problemlər yaşadım. Məncə, bu gün ən yaxşı yarışımı keçirdim. Sıralanma turundan sonra məyus idim. Bu gün də hirsimi yarışda tökdüm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*