G.Ştayner: “Bizdə səhv axtarmaqdansa, işləyin”

Haas komandasının rəhbəri Günter Ştayner rəqibi Renault-nu sərt tənqid edib.

F-1.az xatırladır ki, Renault Sport-un rəhbəri Siril Abitebul törəmə komandaların idmana gəlməsini tənqid etmişdi. Renault və lobbisi gələn ildən törəmə komandaların ana komandalardan əyləc sistemlərini almasını dayandırmaq istəyir. Belə olan halda əksər detalları Ferrari-dən alan Haas-ın işi çətin olacaq.

Günter Ştayner: “Daha yaxşı işləməlidirlər. Belə olan halda gərgin olmazlar. Yaxşı iş görməyib problem yaradırlar və çox pul xərcləyirlər. Bizim performansımızı aşağı salmaqdansa, özlərinkini yüksəltsinlər. İlk üçlüyə yaxınlaşa bilmirlər və problemləri budur.

Onlar öz iş modelləri ilə qazana biləcəklər? Biz də qazana bilmirik, onlar da. Onda fərq nədir? Onların problemi iş modeli deyil, bizim güclü olmağımızdır. Qazanacaqlar? Buna inanmıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*