R.Dennis rəqiblərinə xəbərdarlıq edib…

McLaren komandsınını rəhbəri Ron Dennis rəqiblərinə xəbərdarlıq edib ki, Stoffel Vandorn heç bir komandaya satılmayacaq...

F-1.az xatırladır ki, belçikalı sürücü Avstraliya yarışında qəza edərək yaralanan Alonsonu Bəhreyndə əvəz etmiş və Formula1-dəki debüt yarışında 10-cu yeri tutaraq, ilk xalını qazanmışdı.

Vandorn keçən il GP2-də yarışırdı. Belçikalı bu il Yaponiyada Super Formula seriyasında yarışır, amma gənc sürücünün 2017-ci ildə nə edəcəyi hələ də bilinmir. McLaren komandasında Alonsonun yeri artıq təmin edilib, amma Censon Battonun müqaviləsi ilin sonunda bitəcək.

Dördüncü gün Monakoda jurnalistlərə müsahibə verən Ron Dennis Vandornu satmayacaqlarını bildirib: “Stoffel çox istedadlı, ağıllı və çalışqan sürücüdür. Potensialı çox yüksəkdir. Ən önəmlisi isə o bilir ki, yarışı necə qazanmaq olar.

O, McLaren Honda-nın gələcəyi və ayrılmaz bir hissəsi kimidir. Onu başqa komandalarda yarışarkən düşünə bilmirəm.

Gələnilki sürücü heyətimiz barədə açıqlanacaq heç bir şey yoxdur, amma Stoffeli satmırıq”.

Bəzi söz-söhbətlərə görə, Batton ilin sonunda McLaren-dən ayrılsa, gələn il Williams komandasına transfer oluna bilər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*