15 Dekabr 2019, Bazar - 01:10

Ferrari yeni maşınını yanvarın 25-də təqdim edəcək

Ferrari yeni maşınını yanvarın 25-də təqdim edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:55 - 21 Yanvar, 2014

McLaren komandası kimi Ferrari də öz yeni maşınını Xeres testlərinə qədər təqdim edəcək – təqdimat mərasimi yanvarın 25-inə planlaşdırılıb və […]

McLaren komandası kimi Ferrari də öz yeni maşınını Xeres testlərinə qədər təqdim edəcək – təqdimat mərasimi yanvarın 25-inə planlaşdırılıb və ilk dəfə olaraq yeni şassinin indeksini azarkeşlər seçəcəklər.

Bu gündən başlayaraq azarkeşlər komandanın rəsmi saytında, FacebookTwitter səhifələrində yeni şassi üçün təqdim olunan beş variantdan birini seçə bilərlər: F14 T, F14 Maranello, F14 Scuderia, F166 Turbo və F616. Səsverməyə yanvarın 24-də günorta yekun vurulacaq, səhərigün isə komanda yeni maşının ilk şəkillərini dərc edəcək – azarkeşlərə yeni maşının texniki xüsusiyyətlərini əks etdirən videoçarxlar da təqdim olunacaq.

Yeni maşının təqdimatı komandanın rəsmi saytında və məxsusi sosial şəbəkə səhifələrində baş tutacaq. Bundan başqa Twitter-də azarkeşlər komandanın başçısı Stefano Domenikaliyə, komandanın sürücüləri Fernando Alonso və Kimi Rəykkönenə suallar verə biləcəklər. Ən maraqlı sualların cavabları isə 25 yanvarda yayımlanan xüsusi videoçarxda yer alacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 447
Teqlər , , ,
Paylaş

logo