Stefano Domenikali: “Təşkilatçı və Macarıstan hökumətinin əldə etdiyi nəticələrdən çox razıyıq. Onlar razılaşmamızı yerinə yetirdilər və bizə ən yüksək səviyyəli infrastrukturu təqdim etdilər.
Siyasətə girmək istəmirəm, amma 1986-cı ildən bəri burada, həmin dövrdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Formula1-ə inanılmaz sədaqət görürük.
Modernləşdirmə işləri yekunlaşıb və məncə, biz daha uzaq gələcəyi müzakirə etməyə tam hazırıq. Müqavilənin vaxtından əvvəl uzadılması ilə bağlı danışıqlar artıq aparılır. Mən bunu deyə bilərəm: Hunqarorinq şübhəsiz ki, şənbə günü sprintin keçirildiyi həftəsonu barədə çox konkret danışıqlar apardığımız traslardan biridir. Biz bu istiqamətdə inkişafa davam etmək istəyirik və Macarıstan bunun üçün açıq-aşkar namizəddir”.





