F.Alonso: İntuisiya əsas amildir

Mövsümə Aston Martin ilə əla başlayan və ilk 3 yarışı podiumda başa vuran ispan sürücü öz təcrübələrini bölüşüb.

F-1.az xəbər verir ki, Fernando intuisiyanın nə qədər vacib olduğundan bəhs edib.

Fernando Alonso: “Yarışda əsas amillər intuisiya və ən son anda qərar qəbul etmək bacarığıdır. Ətrafınızda hansı növ maşınların olduğuna əmin olmalı və onları qabaqlamaq üçün nə qədər sürətlə getməli olduğunuzu başa düşməlisiniz, əks halda onlar sizi keçəcəklər.

Birinci döngənin girişində və ya 2-ci döngəyə qədər heç olmasa trasda minimum yer tapmağa çalışmalıyıq. Amma hadisələrin inkişafını proqnozlaşdırmaq çox çətindir və bütün qərarlar ən son anda verilməlidir. Startlar təcrübə artıqca daha yaxşı alınır”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*