F.Alonso: “Çınqıllı sahə həll yolu deyil”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, çınqıllı sahələr Formula1 trasları üçün həll yolu deyil.

F-1.az xatırladır ki, Maks Ferstappen ABŞ yarışında trası kəsərək Rəykköneni keçmiş və 5 saniyəlik cəza almışdı.

Fernando Alonso: “Bu traslar sadəcə Formula1 üçün istifadə edilmir və buna görə də təmiz trasda yarışmaq həmişə problem olur. Porsche Cup və Formula2 yarışlarında belə tras həmişə çirklənir və bizim üçün sürmək çətinləşir. Amma sadəcə Formula1 barədə düşünməməliyik. Bu traslarda MotoGP yarışları da keçirilir və oradakı təhlükəsizlik tədbirləri daha fərqlidir. Çınqıllı sahə Formula1-dəki problemi tam olaraq həll etmədiyi halda, digər seriyalarda vəziyyət daha pis ola bilər. Ümid edirəm ki, məntiqli həll yolu tapılar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*