F.Alonso əməllərinə görə peşmandır

Sabiq Formula1 pilotu Fernando Alonso 2015-ci ildə Honda mühərriyənə “GP2 motoru” dediyi üçün peşmandır.

F-1.az xatırladır ki, Honda 2015-ci ildə McLaren ilə idmana qayıtmış və ilk illərində ciddi problemlər yaşamışdı. Ancaq Yaponiya yarışında Fernando Alonsonun əsəbləri son həddə çatmış və ispaniyalı sürücü radiodan Honda motoruna “GP2 motoru” deyə qışqırmışdı. İkiqat Dünya Çempionunun bu sözü uzun illər müzakirə olunmuşdu.

Fernando Alonso: “Bu sözləri böhranın bol olduğu vaxtda demişdim. Bəlkə də bunu deməməli idim. Ancaq bunu televiziya verilişində ya da mətbuat konfransında demədim. Mühəndisimlə şəxsi söhbətimdə demişdim. Azarkeşlər eşitsin deyə etməmişdim. Lakin mühərrik doğrudan da pis idi. Xeresdəki testlərdə 4 günə cəmi 7 dövrə vura bilmişdik. Hazırda Honda yarış qazanır və insanlar mənə “GP2 motoru yarış qazanır” deyirlər. Mən buna sevinirəm, amma mənim maşınımdakı motorla builki motor bir deyil. Hazırda Formula1-in ən yaxşı pilotu o dövr Honda ilə yarışsa, nə deyərdi? 2015-ci ildə startda 575 yer itirmişdim və inandığım şeyləri deyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*