Spada azarkeşlərin M.Şumaxerə dəstək aksiyası baş tutub

Bu gün Belçikanın əfsanəvi Spa avtodromunda azarkeşlərin Mixael Şumaxerə dəstək aksiyası baş tutub – yeddiqat dünya çempionu Fransanın Alp ətəklərində […]

Bu gün Belçikanın əfsanəvi Spa avtodromunda azarkeşlərin Mixael Şumaxerə dəstək aksiyası baş tutub – yeddiqat dünya çempionu Fransanın Alp ətəklərində xizəkdən yıxılaraq ağır kəllə-beyin zədəsi alıb və hələ də Qrenobl universitet hospitalında süni komada saxlanılır.

Almaniyalı sürücünü dəstəkləmək üçün yüzlərlə azarkeş Ferrari bayrağı altında əfsanəvi trasda bir dövrə vurublar. Belçika trası Mixael üçün çox əziz və əlamətdardır – sürücü Formula1-də 1991-ci ildə məhz bu trasda debüt etmişdi, 1992-ci ildə isə ilk qələbəsini qazanmışdı, sonuncu, yeddinci titulunu da 2004-cü ildə bu trasda rəsmiləşdirmişdi. Ümumiyyətlə, Şumaxer Spada 6 qələbə və 9 podium qazanıb…

shumi-7
shumi-6

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*