L.Həmilton Şumaxerin rekorduna göz dikib?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Mixael Şumaxerin 91 qələbəlik rekorduna çatmaq elə də çətin məsələ deyil.

F-1.az xatırladır ki, Şumaxer 1992-2002-ci illər arasında 64 yarış qazanmışdı. Amma almaniyalı sürücü 99-cu ildə zədələndiyi üçün bir müddət fasilə verməli olmuşdu. Lakin Həmilton bu müddətdə 62 yarış qazanıb və əfsanəvi Şumaxerin ilk 11 mövsümündəki rekordunu qırmaq üçün daha 2 yarış qazanmalıdır, ümumi qələbə rekorduna isə 30 qəlbə çatmır.

Lyuis Həmilton: “Əslində vəziyyətdən asılıdır. Yarışlar qazanmağa davam edə bilərəm. Düzdür, əlimdə fürsət olsa da, Mixaeli qabaqlamaq məqsədim yoxdur. Əvvəllər 91 qələbə uzaq gəlirdi. İndi, amma, bəlkə, deyirəm. Rekordu qırmaq mümkündür.

Hədəfim Formula1-ə gəlmək idi. Sonra çempion olmaq istəyirdim. Hər dəfə artırmaq istəyirəm, amma əlinizdəkinin də qədrini bilməlisiniz. Çox adam çempion belə ola bilmir. Buna görə də xoşbəxtəm. Hədəfim heç vaxt Mixaelə çatmaq olmayıb. Mən daha çox Ayrtona yaxın olmaq istəyirdim və artıq onu qabaqlamışam. Xəyalım çoxdan reallaşıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*