F.Alonso: McLaren-lə fərq qorxuducudur

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, McLaren-lə olan 0.5 saniyəlik fərq narahatedicidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransa yarışına 7-ci yerdən başlayacaq.

Fernando Alonso: “Silverstoun və Avstriyadan sonra buraya yüksək gözləntilərlə gəlmişdik, çünki o traslarda güclü idik. Burada da öndə olacağımızı düşünsək də, AlphaTauri və McLaren yeniliklər hesabına çox qabağa gediblər.

Zaman ekranına baxanda LAndo ilə aramınz yarım saniyə fərq olduğunu gördüm. Bizim üçün əlçatmazdır. Vəziyyət pisdir. Ancaq görək yarış tempimiz necə olacaq. Ümid edirəm ki, mübarizə apara bilərik.

Təkərləri qorumaq çox vacib olacaq. Burada bir pit-stop 27 saniyə çəkir. Nə qədər az pitə getsək, o qədər yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*