K.Sayns: “Alonsoya yazığım gəlməz”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, həmyerlisi Fernando Alonso çenpionluq uğrunda mübarizə aparsa belə, ona yerini verməz.

F-1.az xatırladır ki, Karlos Saynsın bir sürücü kimi formalaşmasında Fernando Alonsonun böyük rolu var. 22 yaşlı sürücü də Alonsoya hörmət etdiyini hər fürsətdə dilə gətirir. Amma buna baxmayaraq, Sayns trasda Alonsonu da bir rəqib kimi görür və bildirib ki, 35 yaşlı müəllimini çempionluqdan belə edə bilər.

Saynsdan “Arxanda çempionluq uğrunda mübarizə aparan Alonso var. Son dövrədə yerini ona verərdinmi?” sualını soruşublar.

Karlos Sayns: “Məncə, ən pis sualdır. Formula1-də yarışdığınız zaman arxanızda bir McLaren görürsünüz. Fernando Alonsonu yox. Əgər son dövrədə karyeramın ilk podiumuna və ya qələbəsinə doğru gedirəmsə, onun keçməsinə icazə vermərəm. Buna görə xoşbəxt olmazdım. Nəticədə Alonso 3-cü Dünya Çempionu titulundan məhrum olacaq. Növbəti mövsüm üçün ona uğurlar arzu edərdim”.

Sayns əlavə edib ki, Alonso ona karyerası ərzində həmişə kömək etsə də, müəlliminə mərhəmət göstərməz: “Alonsoya qarşı böyük hörmətim olduğunu hamı bilir. Sadəcə uğurlarına görə yox, 10 yaşımdan mənə kömək edir. Həmişə məni dəstəkləyib və mənə “sən məndən sonrakı ən güclü ispaniyalı sürücü olacaqsan” deyib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*