22 Avqust 2019, Cümə axşamı - 06:50

Toro Rosso sürücüləri Macarıstandan yaxşı nəticə gözləyirlər

Toro Rosso sürücüləri Macarıstandan yaxşı nəticə gözləyirlər

Müəllif: Rauf Hacıyev, redaktor

06:55 - 21 İyul, 2016

Karlos Sayns və Daniil Kvyat Macarıstan QP-nin onlar üçün yaxşı keçməsini gözləyirlər.

F-1.az xatırladır ki, Toro Rosso-nun şassisi ən yaxşılardan sayılır və Macarıstan mühərriyə tələbkar tras deyil, əksinə burada şassi ön plana çıxır. Buna görə də Sayns Macarıstandan yaxşı nəticələr gözləyir: “Macarıstanda yarışmaq həzz verir. Avstriyada olduğu kimi Macarıstanda da işlər bir az fərqli olacaq. Birinci döngəyə sürətlə gəlib, sərt əylənmədən sonra, 80 metr məsafədə 300 km/saatdan 80 km/saat sürətə düşürsünüz. Üçüncü və dördüncü döngələri yüksək sürətlə keçirsiniz. Daha sonra 5-ci və iki yavaş döngə olan 6-cı və 7-ci döngələr gəlir. Daha sonra isə ortasürətli və yüksəksürətli hissələr var. Yəni tras get-gedə sürətlənir və bu, bizim üçün əlverişli olmalıdır. Trasdakı son 3 döngəni üçüncü ötürmə ilə dönmək mümkündür. Məncə, ikinci sektor trasın ən maraqlı hissəsidir. Burada güclü olmalıyıq. Düşünürəm ki, bu həftəsonu güclü olacayıq”.

Daniil Kvyat da yaxşı nəticələr gözləyir: “2014-cü ildə burada sıralanma turunda 8-ci olsam da, yarışda mübarizəni vaxtından əvvəl dayandırmışdım. Qəribə trasdır. Yüksək sürətlə gəlib, yavaş sürətlə dönülən 1-ci döngə ilk dövrə üçün çətin olacaq. Üçüncü döngəyə qədər olan hissədə mühərrik tez sürət yığmalıdır. Dördüncü döngədən sonra isə tras uzun və bol döngəlidir. Pivə və sosis vaxtıdır. Yəni o qədər uzundur. Altıncı döngə ötmə etmək üçün əlverişlidir və diqqətiniz güzgülərinizdə olmalıdır. Amma 12-ci döngə trasın gözəl yerlərindən biridir. Burada cəsarətli olmalısınız. Daha sonra isə stadion bölgəsi gəlir. Səs-küylü və mükəmməl ab-hava var. Bu tras bizim üçün əlverişli olmalıdır. Ümid edirəm ki, yarış yaxşı keçər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər , ,
Paylaş

logo