H.Marko: “Honda ilə sıx əməkdaşlıq edəcəyik”

Gələn ildən Honda şirkəti Toro Rosso komandasını güc qurğusu ilə təchiz edəcək və paddokda gəzən şayiələrə görə, növbəti mövsümdən yaponlar ana komanda ilə - Red Bull komandası ilə əməkdaşlığa başlaya bilərlər.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, komanda Honda-ya hər cür kömək etməyə hazırdır…

Helmut Marko: “Hazırda biz Honda və Toro Rosso ilə intensiv işləyirik ki, gələn il onların maşını rəqabətədavamlı olsun. Biz Honda-nın tərəqqisindən çox razıyıq və əminik ki, gələn ilin əvvəlində onlar daha güclü olacaqlar”.

Marko əlavə edib ki, Honda motorçuları Red Bull Technology Center-in infrastrukturundan da istifadə edə bilərlər. Qeyd etmək lazımdır ki, bu mərkəzdə Toro Rosso-nun deyil, məhz Red Bull komandasının maşınları hazırlanırlar. Beləliklə, güman etmək olar ki, Honda və Red Bull-un əməkdaşlığı Toro Rosso-ya mühərrik təchizatı çərçivəsindən kənara çıxır…

Helmut Marko: “Biz ümid edirik ki, Honda irəliyə doğru böyük addım atacaq. Biz onların inkişaf tempini izləyəcəyik, sonra isə, yəni mövsümün ortasında biz özümüzün inkişaf istiqamətini müəyyən edəcəyik…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*