G.Berger: “Ferstappeni əfsanələrlə müqayisə etmək tezdir”

Maks Ferstappenin ilk qələbəsi onun gələcəkdə çempion ola biləcəyindən xəbər verir. Amma Gerhard Berger düşünür ki, Ferstappeni Mixael Şumaxer, ya da Ayrton Senna ilə müqayisə etmək hələ çox tezdir.

F-1.az xatırladır ki, Ferstappenin İspaniyadakı uğurundan sonra onun gələcəkdə nələr edə biləcəyi barədə hamı düşünməyə başlayıb.

Sabiq Formula1 sürücüsü Gerhard Berger Toro Rosso komandasının əvvəlki sahibidir və Red Bull rəhbərləri ilə çox yaxındır. Avstriyalı gənc Ferstappenin istedadlı olduğunu qəbul edir: “O, şübhəsiz ki, Dünya Çempionluğuna namizəddir. Amma hələ də Senna və Şumaxerlə eyni səviyyədə deyil. Hazırkı vəziyyətdə bu barədə danışmaq çətindir, amma inkar edə bilmərəm”.

Berger bildirir ki, Ferstappenin gözlənilmədən Red Bull-a transfer olduqdan sonra ilk yarışındaca qalib gəlməsi fanlara danışmağa yeni mövzu yaradıb: “Formula1-də onun kimi işlər görən 18 yaşlı sürücünün olması mükəmməldir.

Red Bull-un özünü haqlı çıxarması və gənc yaşda ona fürsət vermələrinin doğru qərar olduğunu göstərmələri mükəmməldir. Bu hekayə mükəmməldir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*