L.Stroll: Maskamın altından gülürəm

Racing Point komandasının sürücüsü Ləns Stroll çox xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, kanadalı sürücü Macarıstan Qran Prisinin sıralanma turunda Mercedes sürücülərindən sonra üçüncü olub.

Ləns Stroll: “Özümü yaxşı hiss edirəm. Çünki maşın həftəsonu ərzində əla işlədi. Tempimiz var və buna görə də yarışda yaxşı nəticəyə ümid edirəm. Bütün komandanı təbrik edirəm, yaxşı işlədilər. Performansımdan razıyam, ancaq indi sabahkı yarışa hazırlaşmaq lazımdır. Çox xal qazanmalıyam.

İkinci sessiyada Medium təkərlərkə çıxaraq, riskə girdim, amma bu taktika sabah bizə kömək edəcək. O dəstlərlə yaxşı dövrə vurduq. Hazırda maskamın altından gülümsəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*