K.Horner: “Mercedes doğru hərəkət etmədi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mercedes komandasının Macarıstanda verdiyi komanda əmri Həmiltonun çempionluğunu əlindən ala bilər.

F-1.az xatırladır ki, Fettelin problem yaşadığını görən Həmilton əsas rəqibini keçmək üçün komandasından Bottası keçmək üçün icazə istəyib və finlandiyalı sürücü komanda yoldaşını irəli buraxıb. Lakin Mercedes komandası radiodan Bottasa “əgər Həmilton yer qazana bilməsə, sənin yerini geri qaytaracaq” deyib.

Britaniyalı sürücü yarışın son dövrəsində sözünün üstündə duraraq, 3-cülüyü Bottasa qaytarıb və çempionluq uğrunda mübarizədə 3 xal itirib.

Kristian Horner: “Eynisini biz iki il əvvəl Monakoda etmişdik, amma çempionluq uğrunda mübarizə aparırsınızsa, bəzi şeylər fərqli olur. Lyuis Fettelə qarşı 3 xal itirdi və bu qalan yarışlar üçün vacib ola bilər. Sözün açığı, bir az təəccübləndim. Amma ortada verilən bir söz var idi və Lyuis bunu yerinə yetirdi. Komandaya və komanda yoldaşına qoyduğu hörmət təsiredici idi. Çətin qərar idi.

Ferrari ilə Mercedes arasına girə bilsək, çempionluq uğrunda mübarizəyə təsir edə bilərik. Ümid edirəm ki, yay tətilini yaxşı formada dəyərləndirib, rəqabətədavamlı olarıq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*