Rəsmən: Nikita Mazepin Haas-a transfer olunub

Haas komandası 2021-ci ildə Nikita Mazepinlə yarışacağını təsdiqləyib.

F-1.az xatırladır ki, Amerika təmsilçisi həm Qrojanla, həm də Maqnussenlə yollarını ayırmışdı. Komanda artıq gənc sürücülərlə işləməyə pis baxmır və buna görə də təklifləri dəyərləndirirdi.

Nikita Mazepinin adı Haas ilə hallanırdı və bu gün tərəflər rəsmi müqavilə imzaladıqlarını açıqlayıblar. Rusiyalı sürücünün komanda yoldaşının Mik Şumaxer olması gözlənilir.

Mazepin hazırda Formula2-də üçüncü yerdədir və gələn il Formula1-də yarışan dördüncü rusiyalı sürücü olacaq. Daha əvvəl Vitali Petrov, Daniil Kvyat və Sergey Sirotkin Rusiyanı təmsil etmişdi.

Günter Ştayner: “Nikitanın gələnilki performansını görmək üçün səbirsizlənirəm”.

Nikita Mazepin: “Formula1-də yarışmaqla ən böyük xəyalımı reallaşdırıram. Mənə inandıqları üçün Cin Haas və Günter Ştaynerə təşəkkür edirəm. Onlarla işləmək üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*