K.Maqnusseni razı salan nədir?

Kevin Maqnussen 2017-ci ildə qaydaların özü üçün yaxşı olacağını deyib.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən reqlamentdə ciddi dəyişikliklər olacaq – təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi də çoxalacaq.

Kevin Maqnussen: “Bu əladır. 2017-ci ildə ən sürətli bolidləri sürmək xəyalını sevirəm. Yeni dəyişikliklər əla olacaq. Daha etibarlı təkərlərə ehtiyacımız var. Əgər bolidlər daha sürətlidirsə, deməli təkərlərin üzərinə daha çox yük düşəcək. Bu, mənim sürüş tərzimə daha çox uyğundur. Keçən mövsüm də etdiyim kimi bolidlərdən maksimumu almağı xoşlayıram və bu da problemlər yaradır. Buna görə də bolidlər mənim sürüş stilimə daha çox uyğunlaşacaq.

Yaxşı insanlardan qurulmuş komandadır və onları qısa müddətdə tanımağım çox gözəldir. Bu mümkündür, çünki Haas kiçik komandadır”.

Maqnussen yeni komandası Haas-ın Banbaridəki filialını, Şimali Karolinadakı mərkəzini və komandanın ortağı Ferrari-nin Maranello-dakı bazasını gəzib.

Kevin Maqnussen: “Maranellonu görmək gözəl təcrübə idi. Amma biz Haas komandasıyıq. Bolidimizi təkmilləşdirməli və ondan maksimumu almalıyıq. Yeni bolid sürətli olacaq. Lakin rəqiblərlə müqayisədə necə olacağını bilmirik. Bacardığım qədər yaxşı hazırlaşıram və çoxlu məşq edirəm. Hiss edirəm ki, daha yaxşısını edə bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*