L.Həmilton: Ferstappen mənə çata bilər

Mercedes komandasının sürücüsü Lyuis Həmilton düşünür ki, Maks Ferstappen qələbə sayında onu keçə bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü karyerası ərzində 103 yarış qazanıb. Ferstappen isə Belçikada 46-cı qələbəsini əldə etdi. Hazırda iki sürücünün arasında qələbə sayına görə fərq çox olsa da, Red Bull-un üstün performansı və Maksın 25 yaşı olmasını nəzərə alsaq, onun bu rekordu qırması ehtimal olunur.

Lyuis Həmilton: “Maks mənə çata bilər. Önündə uzun illər var. Eyni zamanda güclü komanda ilə yarışır. Bilirsiniz ki, rekordlar qırılmaq üçündür”.

Həmilton həmişə Ayrton Sennanı idealı kimi görüb. Poul sayında braziliyalı sürücüyə çatdığı zaman (2017 Kanada) çox emosional anlar yaşamışdı.

Lyuis Həmilton: “Doğrudan da xəyal kimi idi. Beş yaşım olanda atamla birgə onu izləyirdim. Ayrton kimi olmaq istəyirdim. Xəyalım Formula1-ə çatmaq və bənzər uğurları qazanmaq idi. Sonra o uğurlara çatanda qəribə olursunuz. Bu əslində ədalətli deyil, çünki indi o vaxta nisbətən çox yarış var.

Yenə də şərəfləndirici idi. Maks da çox yaxşı çıxış edir. İndiyə kimi gözəl karyerası oldu. Əminəm ki, daha yaxşısını edəcək. Ancaq onun qarşısını almaq üçün yaxşı maşına ehtiyacım var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*