K.Horner: Problemlər həll edilə bilər

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, cümə günü Türkiyədə balansla bağlı problemlər yaşasalar da, bolid yaxşıdır.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri cümə günü gözlənilən performansı göstərə bilməyiblər.

Kristian Horner: “Balansla bağlı bəzi problemlər yaşadıq. Məncə, tras keçən ilə nisbətən daha yaxşı vəziyyətdədir. Maksın sazlanmalarında da bir az ağ elədik. Bunun üzərində bütün gecə işləyəcəyik. İnanıram ki, bu problemi həll edəcəyik. Sadəcə anlamaq lazımdır. Bolidimiz yaxşıdır və buna görə də doğru sazlanma tapmalıyıq. Bu gün bunu tapa bilmədik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*