M.Ferstappen: İlk yarışım ən böyük qələbəm idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ikinci titul birincisi qədər emosional olmayacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü hazırda Leklerdən 80 xal öndədir. Buna görə də çempionluğun ən böyük namizədidir. Gənc pilot üç yarışda iştirak etməsə belə liderliyi əldən verməyəcək. Hətta, bundan sonra bütün yarışlarda ikinci olsa belə, yenə çempiondur.

Maks Ferstappen: “Əgər çempion olsam, bu əvvəlkinə nisbətən daha az emosional olacaq. Bu, bir sürücünün ilk yarışına çıxması kimidir. Dünya Çempionluğunu saymasaq, ilk yarışıma çıxmağım karyeramın ən böyük qələbəsi idi. Digərlərində bu qədər emosional olmadım, çünki ilk dəfə F1 bolidinin həzzini yaşayırsınız. Bunu əldə etmək çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*