B.Hartli yarışacağı nömrəni seçib

Bu həftəsonu Toro Rosso ilə karyerasının ilk Formula1 yarışına çıxmağa hazırlaşan Brendon Hartli istifadə edəcəyi nömrəni açıqlayıb.

F-1.az xatırladır ki, Pyer Qasli Suzukada Super Formula seriyasında çıxış etdiyi üçün italyanlar onun əvəzinə Hartlini gətirmişdilər. Qaydalara görə, sürücülər 2-99 aralığında rəqəmlərdən birini seçməlidirlər, amma 17 nömrə Jül Byankiyə görə əbədiləşdirildiyi üçün istifadə edilmir.

Yeni zelandiyalı sürücü 39 nömrəsini seçib. Qeyd edək ki, bu nömrədən Toro Rosso ilə testlərə çıxan Şon Gelael istifadə edirdi…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*