S.Peres özünü təcrid edib

Racing Point komandasının sürücüsü Serxio Peres qeyri-müəyyən nəticələnən koronavirus testindən sonra özünü təcrid edib.

F-1.az xatırladır ki, meksikalı sürücü bu gün mətbuat konfransına qatılmalı idi, amma onun yeri boş qalıb. Verilən açıqlamada isə bildirilib ki, Peresin test nəticəsi qeyri-müəyyən çıxıb və buna görə də mətbuat konfransında iştirak etməyib.

Peresin verəcəyi növbəti test pozitiv çıxacağı halda isə onu ya yerlisi Esteban Qutyerres ya da Stoffel Vandorn əvəz edəcək. Çünki hər ikisi də hazırda Mercedes-in ehtiyat sürücüləridirlər. Lakin Peres yarışmasa, böyük ehtimalla Esteban Qutyerres sükan arxasına keçəcək. Bunun səbəbi isə, Vandornun çərşənbə günü keçiriləcək Formula E yarışına hazırlaşmasıdır…

Qeyd edək ki, paddokdakı hər kəs beş gündən bir koronavirus testi verməlidir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*