L.Həmilton: Sıralanma turu pis keçdi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Britaniyadakı sıralanma turunda yerində fırlandıqdan sonra poul alaraq geridönüş edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü öz vətənində tras rekordunu qıraraq, karyerasındakı 91-ci poulu qazanıb.

Lyuis Həmilton: “Mənimçün yaxşı sıralanma turu olmadı. Bolid qeyri-stabil idi və çətinlik çəkirdim. İkinci sessiyada bolid sürüşdü və yerimdə fırlandım. Uzun müddətdən sonra ilk dəfə yerimdə fırlanırdım. Ancaq təkərlər yaxşı vəziyyətdə idi. Buna baxmayaraq, yeni təkərlər taxdım və sonra özümü sakitləşdirdim. Çünki sıralanma turunda performansınızı artırmalısınız.

Valtteri də ardıcıl sürətli dövrələr vururdu və buna görə mənim ən çətin geridönüşlırimdən biri oldu. Ancaq son sessiyaya yaxşı başlayıb iki əla dövrə vurdum.

Burada əla performans göstərdik. Bu tras çox xüsusidir. Komandama təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*