15 Dekabr 2018, Şənbə - 15:27

L.Həmilton: “Valtteri centlmen kimi davrandı”

L.Həmilton: “Valtteri centlmen kimi davrandı”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:15 - 30 Sentyabr, 2018

Bu gün Lyuis Həmilton komanda yoldaşı Valtteri Bottasın köməyilə mövsümdə 8-ci qələbəsini qazanıb və finişdən sonra finlandiyalı sürücüyə təriflər yağıdırıb.

F-1.az bildirir ki, bu qələbəsindən sonra britaniyalı sürücünün ən yaxın təqibçisi Sebastyan Fettel üzərindəki üstünlüyü 50 xala çatıb…

Lyuis Həmilton: “Əslində, bu gün çox çətin gün oldu, axı Bottas bütün həftəsonu fantastik işləmişdi və bu əsl centlmen kimi məni önə buraxdı. Hazırda Valtteri titul uğrunda mübarizə aparmır.

Komanda üçün əla həftəsonu oldu, biz Ferrari üzərində ciddi üstünlük qazandıq. Adətən biz qələbə dubluna sevinirik, amma indi mən başa düşürəm ki, Valtteriyə hazırda çox pisdir, axı o, bu qələbəyə layiq idi. Komanda hər iki titulu qazanmağa çalışır. Ona görə də əminəm ki, növbəti yarışlarda Valtteri əla çıxış edəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 312
Teqlər ,
Paylaş

logo