Rusiya-2020: Üçüncü sərbəst yürüşlər

Soçi Avtodromunda aşınma az olduğundan, trasda təkər qırıntıları çox olmayıb. Buna görə də asfaltın ideal vəziyyətə çatması xeyli çətindir.

F-1.az bildirir ki, bu dəfə sessiya sakit keçib. Qasli 26-cı dəqiqədə trasdan çıxsa da, son anda bariyerlərlə toqquşmaqdan qurtulub. Bottas trasdan çıxsa da, yoluna davam edə bilib. Sonlara yaxın isə Qrojan yerində fırlanıb. Rassell və Elbonun dövrəvi nəticələri trasdan tam çıxdıqları üçün ləğv edilib.

Lyuis Həmilton son iki yarışda ilk dəfə məşqlərdə ən sürətli olub – 1:33.279. Bottasın nəticəsi digər rəqiblər üçün əlçatan görünsə də, sıralanma turunda Mercedes sürücülərinə kiminsə rəqib ola biləcəyi inandırıcı görünmür…

Sıralanma turu Bakı vaxtı ilə 16:00-da start götürəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:33.279 16
2 77 Valtteri Bottas Mercedes AMG 1:34.055 + 0:00.776 19
3 55 Karlos Sayns McLaren 1:34.096 + 0:00.817 17
4 31 Esteban Okon Renault 1:34.239 + 0:00.960 13
5 11 Serxio Peres Racing Point 1:34.252 + 0:00.973 14
6 33 Maks Ferstappen Red Bull 1:34.306 + 0:01.027 11
7 5 Sebastyan Fettel Ferrari 1:34.594 + 0:01.315 14
8 18 Ləns Stroll Racing Point 1:34.732 + 0:01.453 13
9 26 Daniil Kvyat AlphaTauri 1:34.768 + 0:01.489 14
10 3 Daniel Rikkardo Renault 1:34.787 + 0:01.508 12
11 10 Pyer Qasli AlphaTauri 1:34.792 + 0:01.513 12
12 16 Şarl Lekler Ferrari 1:34.806 + 0:01.527 14
13 63 Corc Rassell Williams 1:34.979 + 0:01.700 16
14 8 Roman Qrojan Haas 1:35.257 + 0:01.978 14
15 6 Nikolas Latifi Williams 1:35.292 + 0:02.013 14
16 20 Kevin Maqnussen Haas 1:35.451 + 0:02.172 14
17 99 Antonio Covinatsi Alfa Romeo 1:35.590 + 0:02.311 15
18 7 Kimi Rəykkönen Alfa Romeo 1:35.599 + 0:02.320 15
19 23 Aleksander Elbon Red Bull 1:35.603 + 0:02.324 14
20 4 Lando Norris McLaren 1:35.981 + 0:02.702 17
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*