ABŞ-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər növbəti yarışda Həmiltonu favorit görürlər. Fettelin şansı ondan iki dəfə az qiymətləndirilib. Son iki yarışda möhtəşəm çıxış edən – Malayziyada qalib gələn və Yaponiyada da qələbənin bir addımlığında olan Ferstappenə verilən əmsal da kifayət qədər yüksəkdir…

ABŞ Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.80
Sebastyan Fettel 3.50
Valtteri Bottas 7.50
Kimi Rəykkönen 13.00
Maks Ferstappen 15.00
Daniel Rikkardo 17.00

 

Lyuis keçən yarışdan sonra çempionatda Fettelə arasındakı xal fərqini 59-a qaldırıb. Mövsümün sonuna 4 yarış qalib və bukmeykerlər britaniyalının titul qazanacağına şübhə etmirlər…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.02
Sebastyan Fettel 15.00
Valtteri Bottas 301.00

 

Mercedes Ostində ardıcıl dördüncü dəfə Mühəndislə Kubokundakı qələbəsini reallaşdıra bilər. Komandaların mübarizəsinə pul qoyuluşu artıq qəbul olunmur…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*