M.Ferstappen ilk gündən razıdır

Red Bull komandasının sürscüsü Maks Ferstappen qış testlərinin ilk günündən sonra sevinclidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümöncəsi testlərin ilk günündə iki yarış məsafəsi qət edərək və 1.30.674 zaman nəticəsi göstərərək, günü lider bağlayıb.

Maks Ferstappen: “Sözün açığı, yaxşı gün keçirdik. Trasın şəraiti çox pis idi və hava çox isti idi. Külək də möhkəm əsirdi və buna baxmayaraq, çoxlu dövrə vura bildik. Təbii ki, burada təkər yeyilməsinin çox olduğunu bilirik. Buna görə də ardıcıl dövrələr vurmaq çətin idi. Lakin xoşbəxtəm. Performans barədə bir söz demək çətindir, çünki ilk gün proqramı yerinə yetirdik. Bolidi sürmək rahat idi. Testə belə başlamaq yaxşıdır. Hədəfimiz həmişə bu olub”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*