F.Massa Battonu baş düşə bilmir

Williams komandasının sürücüsü Felipe Massa gələn ay keçiriləcək Monako QP-də Fernando Alonsonu əvəz edəcək Battonun nəyə görə McLaren-ni test etmədiyini başa düşmür.

F-1.az xatırladır ki, Fernando Alonso avtoidmanın brilliant qaşı Monakodan imtina edərək, İndy500 yarışında debütü seçib. İspaniyalı sürücünü Monakoda sabiq komanda yoldaşı Censon Batton əvəz edəcək.

Komanda Censon Battona Bəhreyndə bu gün başlayacaq testlərdə çalışmağı təklif etsə də, 2009-cu ilin Dünya Çempionu iki trasın bir-birindən fərqli olduğunu əsaslandıraraq testlərdən imtna edib. 36 yaşlı sürücü Monako yarışının simulyatoruna fokuslanmağı üstün tutub. Testlərdə isə Oliver Törvi ilə Stoffel Vandorn iştirak edəcəklər.

Felipe Massa: “Battonun yenidən qayıtması çox gözəldir. O mükəmməl sürücüdür. Xüsusən də Monako kimi traslarda daha təcrübəli sürücülərlə yarışmalısınız. Amma başa düşmürəm ki, niyə Bəhreyndəki testlərdə iştirak etmək istəmir. Əgər keçənilki bolidlərdən sürsəydik, onda başa düşərdim, amma indiki bolidlər keçənilkindən fərqlənirlər. Testlərdə 100 dövrə vuraraq təkərləri başa düşə bilərsiniz. Batton builki bolidləri heç sürməyib. Əgər simulyator bu qədər yaxşıdırsa, niyə güclü sürücülər onda işləmək istəmirlər? Həmilton heç vaxt simulyatorda işləmək istəməyib. İldə bir neçə dəfə istifadə edib. Mən olsam, testlərdə iştirak edərdim. Bolidi tanımağım üçün bir günüm varsa, bundan maksimum istifadə edərdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*