Norris rəqibi Rasselə necə kömək edib?

Williams komandasının yeni sürücüsü Corc Rassel bildirib ki, F2-dəki əsas rəqibi Norrisin McLaren-lə bağladığı müqavilə ona kömək edib.

F-1.az xatıraladır ki, Rassel bu mövsüm Formula2 çempionatında birinci, Norris isə ikinci olub.

Corc Rassel: “Landonun müqaviləsinin tez açıqlanması Williams-a transferimə kömək oldu. Çünki çempionatda onu qabaqlayırdım. McLaren-in onu dəyərləndirməsi mənim üçün yaxşı oldu. Williams da düşündü ki, Rasseli almalıyıq. Çünki o, Formula2-nin qalibidir”.

Rassel F2-dəki digər rəqibi Elbonun Toro Rosso-ya transferini də dəyərləndirib: “Onun yerinə sevincliyəm. Əla sürür. Buna layiq idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*