Resta: Mövsümün ikinci yarısını izləmək həmişə maraqlıdır

Mercedes-un texniki direktorunun müavini Simone Resta hesab edir ki, yay fasiləsindən sonra çempionatda mübarizə daha da kəskinləşəcək…

Simone Resta: “Tarix göstərir ki, yay fasiləsindən sonra çempionatda mübarizə həmişə daha da kəskinləşir. Təzyiq həm liderlərin, həm də fərqi azaltmağa çalışanların üzərində artır. Ab-hava daha gərgin olur, hər xalın çəkisi daha da böyüyür. Məhz belə məqamlarda komandanın gücünü və dözümlülüyünü həqiqətən dəyərləndirmək olur.

Yay fasiləsindən sonra komandalar təzyiqin öhdəsindən gəlmək və hər yarışla mərcin daha da artdığı şəraitdə nəticə göstərmək bacarıqlarını nümayiş etdirirlər. Mövsümün ikinci yarısını izləmək həmişə xüsusilə maraqlı olur”.