S.Markionne: “Mövsüm Ferrari üçün yeni başlayır”

Ferrari-nin prezidenti Sercio Markionne əmindir ki, onlar bu həftəsonundan etibarən qələbə qazanmağa başlayacaqlar.

F-1.az xatırladır ki, italyanlar mövsümün əvvəlində “Avstraliyada qələbə” hədəfi seçsələr də, ilk 4 yarışda Mercedes-in gerisində qaldılar. İlk 4 yarışda 3 dəfə yarışı vaxtından əvvəl bitirən Ferrari-nin İspaniyadakı performansı hamıya maraqlıdır.

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, ilk 4 yarışda onların bəxti gətirməyib: “Çempionluq mübarizəsi hələ də bitməyib. Fettel və Rəykkönenin performansından razıyam.

İlk yarışlar bizim üçün pis keçdi. Amma qalib gəlmək üçün hələ də şansımız var. Barselonada birinci yer uğrunda mübarizə edə bilərik. Ferrari üçün mövsüm hələ indi başlayır.

Özümüzə güvənirik. Mən əminəm ki, bazar günü bizim üçün çox vacib olacaq. Monmelo (Barselona) ilə yenidən qələbələrə başlayacayıq”.

Jurnalistlər Markionnedən “Ferstappenin Red Bull-a getməsi sizi məyus etdimi?” sualına “Bu, Red Bull-un problemidir. Biz Fertappenlə maraqlanmamışıq” cavabını verib…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*