T.Volff: “Həmilton mümkünsüzü etdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmilton çətin bir dövrədən sonra poul qazanıb.

F-1.az xatırladır ki, Həmilton həftəsonunun başlanğıcında zəif görünsə də, trasın mütləq rekordu ilə karyerasının 70-ci poulunu qazanıb.

Toto Volff: “Çox sürətli dövrə idi. Hər şeyi bir araya gətirə bildi. Bolidimiz çox yaxşı olmadığı üçün bir az qayğılı idik. Təkərləri bütün həftəsonu ərzində doğru aralıqlarda işlədə bilmədik. Amma temperatur düşüb buludlar artdığında bolid sürətləndi. Buna görə də bəzi suallara cavab tapmalıyıq. Bəlkə də, sürücü faktorunu gözardı etməməliyik. Bu bolidləri sürmək çox çətindir. Son sektora qədər tempi qorumaq vacibdir. Sinqapurda olduğu kimi həftəsonu ərzində özünü təkmilləşdirdi.

Valtterinin yeniliklərlə bağlı problem yaşadığına inanmıram. Aerodinamik yeniliklər qaydasındadırlar. Son sərbəst yürüşlərdən sonra Həmiltonda sazlanmaları dəyişdirmək istəmədik, çünki bu təhlükəli olardı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*