L.Həmilton: Məndən yoxdur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 300-cü yarışından sonra heç bir sürücünün qələbə qazana bilməməsi onu narahat etmir.

F-1.az xatırladır ki, indiyə kimi Barrikello, Şumaxer, Rəykkönen və Alonso 300-lər klubuna girdikdən sonra yarış qazana bilməyiblər. Lakin Həmilton təvazökar davranmayıb.

Lyuis Həmilton: “Mənim kimi sürücü heç olmayıb”.

Britaniyalı sürücü indidən sonra yarış qazansa, 300-lər klubunda qalib gələn ilk pilot olacaq və yeni rekorda imza atacaq.

Hazırda rekord Kimi Rəykkönendədir. O, 289-cu yarışında qələbə qazanmışdı. Həmilton isə son qələbəsini 2021-ci ildə Ciddədə – 287-ci yarışında – alıb.