Ş.Lekler: Çox səhv etdik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Monakoda komanda olaraq çox səhv ediblər.

F-1.az xatırladır ki, monakolu pilot vətənindəki yarışa pouldan başlasa da, yenə də qələbə qazana bilməyib. Əvvəlki illərdən fərqli olaraq finişə çatan gənc sürücü 4-cü yeri tutub.

Şarl Lekler: “Bəzən səhvlər olur, amma yarışda daha çox səhv buraxdıq. Belə hallarda biz komandaya güvənirik, çünki maşının içində rəqiblərin quru və ya yaş təkərlə nə etdiklərini bilmirik. Məndən soruşdular ki, yağış təkərindən keçid təkərinə keçək? Mən də “hə, amma indi yox, bir az sonra” dedim. Daha sonra bilmirəm niyə fikirləri dəyişdi.

Məni tez pitə çağırdılar və Karlosun gerisinə düşdüm. Çox səhv oldu. Bunları etməməliyik. Güclüyük və fürsətlərdən istifadə etməçiyik. Birinci yerdən ikinciliyə yox, dördüncülüyə gerilədik. Komandamı sevirəm və daha güclü qayıdacağıq”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*