S.Fettel: “Rəykkönen ən yaxşı komanda yoldaşımdır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Kimi Rəykkönen komanda daxilində siyasi oyunlar oynamadığı üçün ən yaxşı komanda yoldaşıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü daha əvvəl Sebastyan Burde, Mark Uebber və Daniel Rikkardo kimi sürücülərlə komanda yoldaşı olub. Dördqat Dünya Çempionu sadəcə Daniel Rikkardoya məğlub olub.

Sebastyan Fettel: “İki sürücü bir-birinə hörmət edəndə boksda işlər qaydasında olur. Kimi mükəmməl sürücüdür və onunla işlədiyim üçün bəxtəvərəm. Bir-birimizə kömək edə bilirik və heç kim digərinin arxasınca oyunlar oynamır.

Daniel Rikkardo ilə də aram yaxşı idi. Onsuz da onunla yola getmək çətin bir şey deyil. Eyni zamanda Uebberlə də uzun illər işlədik, amma onunla problemlərimiz olmuşdu. Gələn il də Kimi ilə bir yerdə yarışacam və sevincliyəm. Ümid edirəm ki, bu mövsüm növbəti 4 yarışı qazanaraq, gələn ilə yüksək əhval-ruhiyyə ilə yollanarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*