F.Massa: Rəykkönen düzgün adam idi

Sabiq Formula1 sürücüsü Felipe Massa komanda yoldaşlarından olmuş Rəykkönenə təriflər yağdırıb.

F-1.az xatırladır ki, iki sürücü 2007-2009-cu illərdə Ferrari-də komanda yoldaşı olmuşdular.

Massa Kimi Rəykkönen barədə də danışıb: “Kimi ilə işləmək çətin idi, çünki danışmırdı (gülür). Bəzən, adicə salam belə vermirdi. Amma onu fərqli yerlərdə görəndə, vəziyyət də fərqli olurdu. Bütün günü danışırdı və əyləncəli adam olurdu.

Biz çox fərqli adamlar idik. Amma o çox düzgün adam idi və bizi bir-birimizə bu bağlayırdı. Onu bir az Valtteriyə oxşadıram. Amma Valtteri Kimiyə nisbətən çox danışır. Amma eyni adamdırlar. Eyni düzgünlük və hörmət var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*