F.Massa: “Yarışlar üçün darıxacam”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Formula1 üçün darıxacaq.

F-1.az xatırladır ki, braziliyalı sürücü Əbu Dabidə karyerasının son yarışına çıxıb və 10-cu yeri tutaraq 1 xal qazanıb.

Felipe Massa: “16 il burada olmaq mənim üçün şərəf idi. Bu qədər yarışdığım üçün sevincliyəm. Formula1-də yarışmaq zövq idi. Burada Dünyanın ən yaxşı sürücülərinə və komandalarına qarşı mübarizə apardım. Bu, qürurvericidir. Ailəmə və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu cür sevildiyim üçün bəxtəvərəm. Növbəti addıma hazıram. Təbii ki, Formula1 üçün darıxacam…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*