C.Rassell: Meksikada şansımız olacaq

Williams komandasının sürücüsü Corc Rassell düşünür ki, Mexico City-nin dəniz səviyyəsindən yüksək olması onlara bəzi fürsətlər gətirə bilər.

F-1.az bildirir ki, Rodriqes Qardaşları trası dəniz səviyyəsindən yüksəkdə oldması komandalar arasındakı güc balansını bərabrələşdirir və bu da geridə olan komandalar üçün şansdır.

Corc Rassell: “Mexico City yarışı üçün Meksikaya getmək üçün səbirsizlənirəm. Trasın dəniz səviyyəsində yüksək olması sürücülərə və bolidin performansına təsir edir və bizə maraqlı çətinliklər gətirir. Həftəsonuna hazırlaşarkən bunları da nəzərə almalıyıq. Bu çətinliklər bizə fürsətlər gətirə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*