K.Rəykkönen: “Liberty Media-nı çətin imtahan gözləyir”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Liberty Media barədə danışmaq üçün hələ tezdir.

F-1.az xatırladır ki, Liberty Media bu ilin yanvar ayında Formula1-i satın alıb. Amerikalılar idmanda bəzi dəyişikliklər ediblər. Bunlar bəzi adamlar tərəfindən yaxşı qarşılansa da, bəziləri tərəfindən birmənalı qarşılanmır.

Kimi Rəykkönen: “Liberty Media idmanı daha yaxşı vəziyyətə gətirmək istəyir. Bunu bilirik. Fanların marağını artırmaq üçün yeniliklər edirlər və gözəl nəticələri olur. Amma onların əsas imtahanı 2021-ci ildə olacaq. Köklü dəyişikliklər prosesində nə edəcəklərini görməliyik.

Hamının fikrini alırlar və bu, onların uğur qazanmalarında vacib faktordur. Ümid edirəm ki, bütün problemlər həll olar və idmanın auditoriyası daha da artar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*