S.Markionne: “Ekklstoun getdikdən sonra daha yaxşı Formula1 qurmalıyıq”

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Berni Ekklstoun getdikdən sonra Formula1 daha güclü platforma qurmalıdır...

F-1.az xatırladır ki, Mercedes AMG və digər komandalar Berni Ekllstounun Formula1-dən getməsini istəyirlər.

Sercio Markionne: “Formula1-də çox şey edilməlidir. Ekklstoun danışıqlarda yaxşıdır, ancaq əvvəl-axır hamı təqaüdə çıxmalıdır.

O, təqaüdə çıxandan sonra hər şey barədə düşünməliyik və yeni Formula1 yaratmalıyıq. Bu, əsl Formula1 olmalıdır”.

Markionne əlavə edib ki, Audi kimi istehsalçılar Formula1-ə gəlməlidirlər: “Bu mükəmməl olar. Ferrari ən yaxşıları məğlub edərək, əfsanə oldu. Manor-u məğlub etməklə əfsanə olmursunuz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*